Premyer-liqa
Çumbinyodan xəbər var: nə vaxt qayıdır?
Avropa Liqasının qrup mərhələsinin 6-cı, son turu çər&cc…
Avropa Liqasının qrup mərhələsinin 6-cı, son turu çərçivəsində keçirilən “Anderlext” – “Qarabağ” (2:1) matçında sıradan çıxan Çumbinyonun vəziyyətinə aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçinin zədəsi elə də ciddi deyil.
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovdan aldığımız məlumata görə, brazilyalı futbolçunun sağ baldırında şiş var. Onun növbəti turda meydana çıxıb-çıxmayacağı isə dəqiq bilinmir.
Qeyd edək ki, Çumbinyo ötən ilin sentyabrında da ağır zədə almış və bir ildən çox yaşıl meydanlardan kənar qalmışdı.