Bizi izləyin

I Liqa

Futbolinfo.az sübut etdi: Əsasnamədə dəyişiklik labüddü

Dünən 1-ci divizionun 12-ci turu çərçivəsində k…

blank
Dünən 1-ci divizionun 12-ci turu çərçivəsində keçirilən “Bakı” – “Energetik” görüşündə maraqlı hadisəylə rastlaşdıq. Yox, söhbət qələbə üzünə həsrət qalan Mingəçevir təmsilçisinin bu sindromu paytaxtda qırmasından getmir. Oyunda qonaq komandanın həkimi yox idi. Açığı, Əsasnamədə bu barədə maddənin olub-olmamasını bilmədiyimizdən, PFL-in mətbuat xidməti ilə əlaqə saxladıq. Təəccüb doğuran məqam bu oldu ki, komanda oyuna həkimsiz çıxa bilər. 
Məsələyə bu gün yenidən qayıtdıq. AFFA-nın hüquqşünası Rəmiş Malıyevlə söhbət zamanı onun birbaşa Əsasnaməyə aidiyyatının olmadığı üzə çıxdı. Kələfin ucu Yarışların Keçirilmə Departamentinə aparırdı. Burda isə qaydaları Məlik Həsənovdan yaxşı bilən şəxsi tapmaq qeyri-mümkündü. Dialoqumuzu olduğu kimi təqdim edirik.
– “Bakı” – “Energetik” oyununda qonaq komandanın heyətində həkim yox idi. Ancaq buna görə onlara qarşı heç bir cəza mexanizmi mövcud deyil…
– Tamamilə doğrudu, Əsasnamədə belə bir bənd yoxdu. Ancaq özünə hörmət edən hər bir klubun həkimi olmalıdı. Onların qarşılaşmaya həkimsiz çıxmasına qarşıyıq, ancaq nə edə bilərik?
– Komanda oyuna 6 futbolçuyla gəlibsə, nə edirsiniz?
– Texniki məğlubiyyət verilir. Ancaq bu, fərqli məsələdi.
– Bəs hansısa hadisə baş versə necə?
– Səhv etmirəmsə, “Bakı”da bu sarıdan problem olmayıb. Centlmenlik edərək, onların həkimi “Energetik”in futbolçusuna yardım göstərə bilərdi.
– Axı Əsasnamədə həkimin olması tələb kimi göstərilməyibsə,”Energetik”in rəqibinin də tibbi personalı olmaya bilər…
– Təcili yardım maşının olması şərtdi. Tibbi personal varsa, istənilən komandaya yardım göstərə bilər.
– Ay, Məlik müəllim, bunu futbola 2-3 il əvvəl gələn AFFA əməkdaşı desəydi, başa düşərdik. Siz axı bu sahədə saç ağartmısınız. Gəlin bizi dağa-daşa salmayın, etiraf edin ki, bu, ciddi boşluqdu və Əsasnamədə həkimin olması öz əksini tələb kimi tapmalıdı…
– Bu, boşluq deyil. Bir daha deyirəm ki, özünə hörmət edən klub oyuna həkimlə gəlməlidi. Klubun massajçısı, ikinci məşqçisi, inzibatçısı olmalıdı. Ancaq mövcud iqtisadi durum bütün istəkləri həyata keçirməyə imkan vermir.
– “Energetik”in inzibatçısı da, massajçısı da, ikinci məşqçisi də elə bir adam idi. Bütün bunlarsız keçinmək mümkündü, amma həkim insan həyatının təhlükə altında olmaması üçün mütləq olmalıdı!
– Sizinlə razıyam. Hətta ştatda həkim saxlaya bilmirlərsə, hansısa klinikayla müqavilə imzalayıb, oyundan-oyuna dəvət edə bilərlər. Amma əlbəttə ki, klubun tibbi personalı olmalıdı. 
– Dərd də budu ki, etmirlər. Özü də bu, tək dünənki oyunda baş verməyib. Mingəçevir təmsilçisi bütün oyunlara həkimsiz çıxır…
– Hər halda “Bakı”nın həkimləri orada olublar.
– Əsasnamədə tibbi personalın olması tələb kimi qoyulmayıbsa, sabah “Energetik”in rəqibi də oyuna həkimsiz çıxa bilər. Bəs onda necə olacaq?
– Təcili yardım maşını elə bunun üçündü ki, oradakı personal lazım gəldikdə yardım etsin. 
– “Tibbi personal” həkimlərin sayının 2 və daha çox olması demək deyil axı. Orada cəmi 1 peşəkar həkim olur. İki komandanın futbolçusu toqquşsa və hər ikisi huşunu itirsə, təcili yardımda oturan həkim naşatır spirtini hansına uzadacaq?
– Bilirsiz, ehtimal nəzəriyyəsinə görə 3 futbolçu da eyni vaxtda ciddi xəsarət ala bilər…
– Razıyam. Belədə, hər klubun həkimi hərəyə bir futbolçuya yardım edəcək, təcili yardımdakı həkim isə 3-cü oyunçuya.
– Bəs siz nə təklif edirsiniz?
– Əsasnamədə dəyişiklik edilməlidi. Klubların qarşısında həkimin olması şərt kimi qoyulmalıdı. Tibbi personal olmayacağı təqdirdə, start fitinin səslənməsinə qadağa qoyulmalıdı. Bilirəm, çox incitdik sizi, ancaq reallıq belədi ki, dəyişiklik zəruridi.
– Yox-yox, incitmirsiziniz. Əksinə, bu cür fors-major halların müzakirəsi xoşdu. Dəftərçəmdə qeydləri apardım. Qaldırdığınız məsələylə bağlı Əsasnamədə dəyişiklik edilməsini gündəmə gətirəcəm. İndi cavabım sizi qane etdi?
– Nəhayət ki!
CEYHUN ƏLİYEV
Reklam

Reklam


Ölkə futbolu2024-05-18 21:24

“Hər şey özümüzdən asılıdır” – Renduliç

blank
Premyer-liqa2024-05-18 21:11

“Layiqli qələbə qazandıq” – Bojoviç

blank
Premyer-liqa2024-05-18 21:06

“Mövsüm bizim üçün bitib” – Şahin Diniyev

blank
Premyer-liqa2024-05-18 20:57

“Sabah”dan inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:29

“Neftçi”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:14

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:55

Adil Şükürov: “Kişi kimi əllərini sıxıb təbrik etdim” – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:30

Rəşad Sadıqov: “Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq” – VİDEO

blank
Premyer-liqa2024-05-18 18:58

“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə

blank
Digər idman növləri2024-05-18 18:15

Azərbaycanın yunan-Roma güləşi millisi AÇ-də birinci oldu

blank
Digər idman növləri2024-05-18 18:00

Azərbaycan cüdoçularının DÇ-də rəqibləri müəyyənləşdi

blank
Dünya futbolu2024-05-18 17:40

“Sevilya” baş məşqçisi ilə yolları ayıracaq – RƏSMİ

blank
Dünya futbolu2024-05-18 17:22

“Mançester Siti”nin yarımmüdafiəçisi Premyer Liqanın ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-18 17:01

İspaniyada mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı

blank
Digər idman növləri2024-05-18 16:44

“Üçüncü dəfə dünya çempionu olduğum üçün qürur duyuram”

blank
Digər idman növləri2024-05-18 16:23

Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

blank
Digər idman növləri2024-05-18 16:00

Millimizdən Özbəkistanda 3-cü qələbə

blank
Digər idman növləri2024-05-18 15:29

Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

blank
Digər idman növləri2024-05-18 15:00

Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu oldu

blank
Əvəzedicilər2024-05-18 14:30

“Qarabağ-2” – “Turan Tovuz-2” oyununun təyinatları açıqlandı

blank
Premyer-liqa2024-05-18 13:37

Masazırda belçikalı, Bayılda italyan hakim

blank
Dünya futbolu2024-05-18 13:29

Ronaldodan Səudiyyə Ərəbistanı çempionatında yeni rekord

blank
Dünya futbolu2024-05-18 13:00

“Çelsi”nin futbolçusu mövsümün ən yaxşı gənc oyunçusu seçildi

blank
Dünya futbolu2024-05-18 12:31

La Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-18 12:00

Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurdular

blank
Digər idman növləri2024-05-18 11:31

Üçüncülük uğrunda növbəti matç

blank
Digər idman növləri2024-05-18 11:00

“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finalda

blank
Digər idman növləri2024-05-18 10:00

Millimiz bu gün növbəti matçını keçirəcək

blank
Premyer-liqa2024-05-18 09:00

“Sabah” “Sumqayıt”a, “Səbail” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-05-18 08:00

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm