Premyer-liqa
"Zirə"nin legioneri qayıtdı
Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində &ld…
Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “Qəbələ”ni qəbul edəcək “Zirə” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, meydan sahiblərinin heyətində itki yoxdu.
Belə ki, əvvəlki matçları zədə üzündən buraxan yarımmüdafiəçi Makiel Eduardo (Edu) artıq sağalıb və “Qəbələ” ilə görüşdə iştirak edə bilər. Bundan başqa, digər orta xətt oyunçusu İqor İvanoviçin də zədəsi ciddi deyil. Onun da “qırmızı-qaralar”la matçda iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, sözügedən matç sabah, saat 18:00-da, Zirə Olimpiya İdman Kompleksində keçiriləcək.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”