Premyer-liqa
"Neftçi" AZAL-la oyuna onlarsız çıxacaq
Topaz Premyer Liqasının 17-ci turunda AZAL-a qarşılaşacaq “…
Topaz Premyer Liqasının 17-ci turunda AZAL-a qarşılaşacaq “Neftçi” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, bakılılar matça itkilərlə çıxacaq.
Belə ki, uzun müddətdi zədədən əziyyət çəkən hücumçu Salas Quinta və yenicə əməliyyat olunan yarımmüdafiəçi Elşən Abdullayev oyunu buraxacaq. Daha öncə cərrah bıçağı altına uzanan Məqsəd İsayev isə sağalıb. Onun “təyyarəçilər”lə görüşdə oynayıb-oynamayacağı isə hələ bilinmir.
Qeyd edək ki, sözügedən matç ayın 17-i, saat 17:00-da start götürəcək.