Müsahibə
Kölgəyə çəkilib, pulunu qazanan qapıçı
“Qəbələ”nin ən az tənqid olunan xətti qapı idisə, …
“Qəbələ”nin ən az tənqid olunan xətti qapı idisə, Dmitri Bezotosnının zədələnməsindən sonra əyalət təmsilçisi bu sarıdan da korluq çəkməyə başladı. Ukraynalı əlcək sahibinin yoxluğunda Azərbaycan futbolsevərlərinə yaxşı tanış olan David Pietrzkeviçin səhnəyə çıxacağını gözləyənlər yanıldı. Çünki baş məşqçi Roman Qriqorçuk digər həmyerlisi, milliləşmiş Andrey Popoviçə etimad göstərdi. Futbolinfo.az saytına verdiyi müsahibədə polşalı qolkiper əsasən suallardan yayınmaqla məşğul oldu. Görünür, kölgədə oturub, pulunu qazanmaq Pietrzkeviçi qane edir:
– Mövsümün ilk yarısını komandanız üçün necə dəyərləndirərsən?
– Hesab edirəm ki, uğurlu çıxış etdik və çempionluq uğrunda mübarizə aparmağımız müsbət haldı.
– Hesab edirəm ki, uğurlu çıxış etdik və çempionluq uğrunda mübarizə aparmağımız müsbət haldı.
– Ancaq liderdən xeyli geri qalırsınız…
– Düşünürəm ki, qış fasiləsində yaxşı toplanış keçirib, mövsümün 2-ci yarısında bu fərqi aradan qaldırmaq mümkündü. Ümid edirəm, çempionatın sonunda qızıl medala biz sahib olacağıq.
– Düşünürəm ki, qış fasiləsində yaxşı toplanış keçirib, mövsümün 2-ci yarısında bu fərqi aradan qaldırmaq mümkündü. Ümid edirəm, çempionatın sonunda qızıl medala biz sahib olacağıq.
– Avrokuboklardakı çıxışınız barədə nə deyə bilərsən?
– “Borussiya” (Dortmund) kimi komandaya qarşı oynadıq. Təcrübə topladıq. Əlbəttə, bu, ancaq xeyrimizə işlədi.
– “Borussiya” (Dortmund) kimi komandaya qarşı oynadıq. Təcrübə topladıq. Əlbəttə, bu, ancaq xeyrimizə işlədi.
– Mövsümün əvvəlində “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinədək irəliləyəcəyini gözləyirdin?
– Etiraf edim ki, yox. Nə mən, nə də komanda yoldaşlarım bunu gözləmirdik. Ancaq addım-addım bu uğura imza atdıq.
– Etiraf edim ki, yox. Nə mən, nə də komanda yoldaşlarım bunu gözləmirdik. Ancaq addım-addım bu uğura imza atdıq.
– “Borussiya”ya qarşı səfərdə olduqca xoş təsir bağışlasan da, hətta Dmitri Bezotosnının yoxluğunda ehtiyatda qalırsan. Bezməmisən?
– Sağlam rəqabət aparıram. Məşqçi güvənəndə əlimdən gələnin ən yaşısını edirəm. Bundan sonra da səylə çalışacam və əlimə düşən fürsətdən maksimum yararlanmağa çalışacam.
– Sağlam rəqabət aparıram. Məşqçi güvənəndə əlimdən gələnin ən yaşısını edirəm. Bundan sonra da səylə çalışacam və əlimə düşən fürsətdən maksimum yararlanmağa çalışacam.
– Belə başa düşdük ki, oyun praktikasından korluq çəksən də, qışda komandadan ayrılmaq planlarına daxil deyil…
– Yayadək müqaviləm var və məxsus olduğum klubla işbirliyimi davam etdirəcəm.
– Yayadək müqaviləm var və məxsus olduğum klubla işbirliyimi davam etdirəcəm.
– Bəs hansısa klubdan təklif gəlsə və “Qəbələ” səni buraxmağa razılaşsa necə?
– Yox, heç yana getməyəcəm. Müqaviləyə əsasən yayadək burda qalacam.
– Yox, heç yana getməyəcəm. Müqaviləyə əsasən yayadək burda qalacam.
CEYHUN ƏLİYEV
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…