Bizi izləyin

Ölkə futbolu

Premyer Liqada yeni say: Olimpiya Stadionundakı görüşün təfərrüatları

Dekabrın 14-də Bakı Olimpiya Stadionunda keçirilən tədbir,…

blank
Dekabrın 14-də Bakı Olimpiya Stadionunda keçirilən tədbir, orada başverənlər futbol ictimaiyyəti üçün gizli qaldı. Düzdü, AFFA rəsmi saytı vasitəsi ilə görüş haqda nələrisə yazdı. Amma bu, heç də tədbirdə olub-bitənlərin tam məğzi deyildi.
Belədə futbolinfo.az saytı öz kanallarını işə salaraq, bəzi məlumatlar öyrənə bildi. Adının çəkilməsini istəməyən görüş iştirakçılarından bir neçəsi ilə söhbətdə bəlli oldu ki, Olimpiya stadionunda çox mühüm məsələlər müzakirə olunub.
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, AFFA-nın texniki direktoru Bernhard Lippert və Məşqçilər Komitəsinin üzvləri Topaz Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri ilə görüşdü və tədbirə AFFA-nın baş katibi Elxan Məmmədov da qatıldı. AFFA-nın rəsmi saytının yazdığına görə, görüşdə ölkə futbolunun inkişafı, problemlərin həlli yolları müzakirə olunub. Əsasən, futbolçuların hazırlıq səviyyəsi, uşaq futbolunun vəziyyəti xüsusi vurğulanıb. Mövsüm ərzində futbolçuların daha çox oyun keçirməsini təmin etmək üçün Topaz Premyer Liqası klublarının iştirakı ilə daha bir turnirin təşkilinin zəruriliyi qeyd olunub. Eləcə də, qış fasiləsi zamanı ölkə xaricində təlim-məşq toplanışı keçə bilməyən klubların arasında qısamüddətli turnirin keçirilməsi təklifi də səsləndirilib.
Daha çox müzakirə kimi təqdim olunan görüşün ilk hissəsi həqiqətən bu məsələlərə həsr olunub. Ancaq AFFA açıqlamasa da, biz öyrəndik ki, assosiasiyanın təklifi klub məşqçiləri tərəfindən qəbul olunmayıb. Məşqçilər Komitəsiin təklif etdiyi əlavə turnirlərin tam mahiyyəti açıqlanmadığı üçün klublar bunun əleyhinə gedib. Məşqçilər bu təklifləri rəsmi kağız üzərində görmək istəyib. Yalnız həmin əlavə yarışların təqvimə necə təsir edəcəyini bildikdən sonra məşqçilər ona münasibət bildirəcəyini açıqlayıb.
Görüşdə klub məşqçilərinin də təklifi olub. Onlar Premyer Liqa iştirakçılarının sayının artırılmasını istəyib. AFFA-nın baş katibi Elxan Məmmədov isə bunun çox çətin olduğunu bildirib. O, hətta hazırkı komandaların yaşamaqla bağlı problemi olduğunu dilə gətirərək say artımının mümkünsüzlüyünü vurğulayıb. Baş katib yaşamaq uğrunda mübarizə aparan bəzi elita təmsilçilərinə kömək etdiklərini və bu yardımların davam edəcəyini söyləyib. O, sponsor SOCAR-ın büdcəni 10 milyon manata endirdiyini də əsas gətirib.
Bu məbləğlə həm yığmaların təlim-məşq toplanışları və s. yola verilməli, həm də problemi olan klublara yardım edilməlidi. Elə bu səbəbdən də iştirakçı sayının artırılması çətin məsələdi. I diviziondan gələcək komandaların əksəriyyətinə də AFFA yardım göstərdiyi üçün bu, ümumiyyətlə, mümkün deyil.
Maraqlıdı ki, baş katib yardım edəcəkləri klubların adını çəkərkən “Kəpəz”, “Xəzər Lənkəran”, “İnter”, “Sumqayıt”, AZAL kimi klubların adını çəkib, hamıya bərabər səviyyədə kömək göstəriləcəyini vurğulayıb. O, bu yardımı komandaların ayaqda qalması üçün edəcəklərini, özlərinin sponsorlarının sayəsində isə daha da güclənmək şansının olmalarını vurğulayıb. Məmmədov heç cür ulduzunu barışdırmadığı “Rəvan”ı bu siyahıya qatmayıb, hətta “bu klubda sabitlik yoxdu, heç rəhbərləri də nə etdiklərini başa düşə bilmirik” cümləsindən istifadə edib. Bu isə o deməkdi ki, Elxan bəy bu komandanı gələn mövsüm elitada görmək istəmir.
Baş katib say artımının çətin olduğunu bildirsə də, əldə etdiyimiz bilgiyə görə, yeni mövsüm 12, hətta 14 komandanın iştirakı ilə baş tuta bilər. Bölgə komandalarından “Neftçala” və “Turan Tovuz”un Premyer Liqaya buraxılması mümkündü. Bundan başqa, “Bakı” da problemlərini həll etməyə çalışır. MOİK-in son vaxtlar fəallaşması isə müdafiə nazirinin bunun üçün səy göstərməsi ilə bağlıdı. Ancaq hər şeyə yenə də maliyyə vəziyyəti aydınlıq gətirəcək. Neçə vaxtdı təsdiqini gözləyən dövlət proqramı imzalansa, bundan sonra futbol təsərrüfatımızda yeni sərhədlər müəyyənləşəcək.
FƏRİD
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-20 00:29

“Real”dan məhsuldar heç-heçə, “Barselona”dan darmadağın

blank
Dünya futbolu2024-05-19 23:50

“Qalatasaray” “Fənərbaxça”ya evdə uduzdu, çempionluq son tura qaldı

blank
Digər idman növləri2024-05-19 23:00

Final seriyasında ümumi hesab bərabərləşdi

blank
Dünya futbolu2024-05-19 22:33

“Mançester Siti”dən 10-cu çempionluq!

blank
Digər idman növləri2024-05-19 21:58

Avropa çempionatında iştirak edəcək heyət açıqlandı

blank
Digər idman növləri2024-05-19 21:27

Azərbaycan millisi ikinci oyununda da məğlub oldu

blank
Əvəzedicilər2024-05-19 21:07

“Zirə”nin əvəzedicilərindən Gəncədə inamlı qələbə

blank
Ölkə futbolu2024-05-19 20:44

Kapitana 250 nömrəli forma təqdim olundu

blank
Premyer-liqa2024-05-19 20:00

“Araz-Naxçıvan” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-05-19 19:21

“Sabah”ın U-14 komandası Türkiyədə çempion oldu

blank
Premyer-liqa2024-05-19 19:00

“Daha çox qol vura bilərdik” – Sxadadze

blank
Premyer-liqa2024-05-19 18:28

“Ən zəif oyunlarımızdan biri idi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-19 17:57

“Qəbələ” “Araz-Naxçıvan”a da qalib gəldi

blank
Digər idman növləri2024-05-19 17:39

Azərbaycan cüdoçularından DÇ-yə uğursuz start

blank
Digər idman növləri2024-05-19 17:20

“Gəncə”də yeni voleybolçu

blank
Dünya futbolu2024-05-19 17:00

“Yuventus”un müvəqqəti baş məşqçisi bəlli olub

blank
Əvəzedicilər2024-05-19 16:42

Əvəzedicilərin yarışında 35-ci turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-05-19 16:25

Teves baş məşqçisi olduğu klubdan ayrıldı

blank
Digər idman növləri2024-05-19 16:06

“İlk qarşılaşmadan sonrakı yorğunluq sözünü dedi”

blank
Digər idman növləri2024-05-19 15:49

Universitet tələbələri yarışdı

blank
Digər idman növləri2024-05-19 15:30

Sinner məşqlərə başladı

blank
Digər idman növləri2024-05-19 15:12

“Dream-team”in məşq yeri məlum oldu

blank
Digər idman növləri2024-05-19 14:55

Barselona 2025-ci ildə Avroliqanın mərkəzi ola bilər

blank
Digər idman növləri2024-05-19 14:37

“Maklaren” sürücüsü cərimələndi

blank
Ölkə futbolu2024-05-19 14:20

“Sabah”ın U-15 komandası Antalyada 4-cü oldu

blank
Digər idman növləri2024-05-19 14:05

Usik Holifildin rekordunu təkrarladı

blank
Digər idman növləri2024-05-19 13:51

Şvyontek 10-cu “Masters”ini qazandı

blank
Digər idman növləri2024-05-19 13:36

Azərbaycan kikboksçusu 11-ci dəfə Dünya Kubokunun qalibi oldu

blank
Digər idman növləri2024-05-19 13:28

MBA-da daha bir yarımfinalçı məlum oldu

blank
Digər idman növləri2024-05-19 13:16

Azərbaycan cüdoçularından Avropa Kubokunda 2 medal

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm