Ölkə futbolu
Maşallah Əhmədov bu gün azadlığa buraxıla bilər
Maşallah Əhmədovun dələduzluq üstə saxlanılmasının səb?…
Maşallah Əhmədovun dələduzluq üstə saxlanılmasının səbəblərinin təfsilatı məlum olub. Dünən “Neftçi”nin sabiq hücumçusu, Regional Futbol Federasiyasının vitse-prezidentinin yanına baş çəkən Futbol Veteranları İttifaqının (FVİ) rəhbəri Oqtay Abdullayev Əhmədovun 50 min manata yaxın borcunun olduğunu öyrənib.
Futbolinfo.az saytına verdiyi açıqlamada Abullayev keçmiş hücumçunun məsələ barədə məlumat verdiyini dilə gətirdi: “Onların şərikli biznesi olub. İmişlidə aqlay daş düzüblər. Söhbət təqribən 50 min manata yaxın məbləğdən gedir”.
FVİ başçısı məsələyə böyük ölçüdə bu gün aydınlıq gələcəyini də bildirdi: “Bu gün Maşallahın oğlu şikayətçilərlə görüşəcək. Şikayət ərizəsini geri götürməyə razı sala bilsə, məsələ bağlanacaq. Düşünürəm ki, borc ödənsə, problem qalmayacaq”.