Dünya futbolu
Zidan razıdı: yanvardan "Real"ı çalışdıra bilər
Cari mövsüm uğursuz nəticələrlə yadda qalan “Real…
Cari mövsüm uğursuz nəticələrlə yadda qalan “Real”ın baş məşqiçisi Rafael Benitez rəbərliyin inamını yavaş-yavaş itirir. Futbolinfo.az xəbər verir ki, əzəli rəqibi “Barselona”ya böyük hesablı hesablı məğlubiyyətdən sonra Madrid klubunun rəhbərliyi Benitezə güvəndiyi desələr də artıq bu fikirdən daşınırlar.
Son turdakı “Vilyareal” məğlubiyyəti madridlilərin yeni çalışdırıcı axtarışına başlamasına rəvac verib. Onların hazırda sabiq futbolçuları Zinəddin Zidanla danışıqlar apardığı deyilir. Yerli "Marca" nəşri iddia edir ki, artıq fransalı çalışdırıcı ilə razılıq əldə olunub və o, yanvarda baş məşqçi postuna gətirilə bilər.
Mənbədə bildirilir ki, yaxşı nəticələr göstərsəydi, darıxdırıcı oyun stilinə baxmayaraq, "kral klubu" Benitezi saxlayardı. Lakin gərgin çempionluq yarışında “Real”ın “Barselona” və “Atletiko”dan 5 xal geridə olması klub rəhbərliyini, eləcədə azarkeşləri heç cür razı sala bilməz.