Premyer-liqa
Pupon evinə tez gedə bilməyəcək
"Qarabağ" öz meydanında "Sumqayıt"la 2:2 b…
"Qarabağ" öz meydanında "Sumqayıt"la 2:2 bərabərə qaldığı görüşün sonunda maraqlı epizod yaşandı. Belə ki, meydan sahiblərinin hollandiyalı futbolçusu Raydell Pupon oyunun 90+1-ci dəqiqəsində birincidə olduğu kimi, heç də ehtiyac duyulmayan bir anda növbəti sarı, davamı olaraq isə qırmızı vərəqəni alaraq meydandan qovuldu.
Onun həmin hərəkəti belə təəsürrat yaratdı ki, qış fasiləsi yaxınlaşdığından “çemodan” əhval-ruhiyyəsində olan əksər legionerlər kimi Pupon da evinə tələsir. Sanki o, bilərəkdən qırmızı vərəqə almaqla oynamayacağı növbəti turu buraxıb, vətəninə daha erkən yollanmaq istəyir.
Futbolinfo.az saytının əməkdaşı bu şübhəsini sual formasında ağdamlıların baş məşqçisi Qurban Qurbanova da çatdırdı. Cavabdan bəlli oldu ki, Pupon evə tez gedə bilməyəcək: “Epizoda baxdıqdan sonra dəqiq fikir bildirmək olar. Məncə, Pupon həmin epizodda qaydanı bilərəkdən pozmadı. O, tez getməyəcək. İstirahətə digər komanda yoldaşları ilə birgə yollanacaq”.