Premyer-liqa
Tərlan Əhmədli: “Hər şey bir anda oldu”
Bu gün Topaz Premyer Liqasında 17-ci turun növbəti oyunlar…
Bu gün Topaz Premyer Liqasında 17-ci turun növbəti oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" öz meydanında "Sumqayıt"la 2:2 bərabərə qalıb.
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionundakı (“Azərsun Arena”) matçdan sonra qonaq komandanın qapıçısı Tərlan Əhmədli saytımıza açıqlama verib:
“Xalla qayıdacağımızı gözləyirdik. Komandamız yaxşı vəziyyətdədi. Gücümüzə inanırdıq, hər matça qələbə üçün çıxırıq. Çalışacağıq ki, qarşıdakı oyunlarda da belə davam edək. Bu gün buraxdığımız 2-ci qolda səhvə yol verdim. Top qabağımda yerə dəydi, çıxarda bilərdim. Topu da görürdüm, hər şey bir anda oldu”.