Premyer-liqa
Şükürov: “Yeni futbolçu barədə düşünmürük”
Bu gün Topaz Premyer Liqasında 17-ci turun növbəti oyunlar…
Bu gün Topaz Premyer Liqasında 17-ci turun növbəti oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Zirə" doğma meydanda "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.
Zirə İdman Kompleksinin stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Adil Şükürov qələbəni belə şərh edib:
“Biz çempionatın lider komandalarından birinə qarşı oynadıq. “Qəbələ” yarışın güclü iştirakçısıdır. “Qəbələ”nin oyunlarını izləmişdik. Düzdür, rəqibimiz son oyunlarda xallar itirib. Bütün bunlara baxmayaraq, “Qəbələ”nin gücü göz önündədir. Futbolçularımız oyun ərzində verilən tapşırıqları yerinə yetirdilər və qələbə qazandıq. “Qəbələ” oyunboyu hücum etməyi sevir, biz isə ikinci hissədə cinahları işə saldıq. Bizim 30 nəfərdən ibarət futbolçu heyətimiz var, daima dəyişikliklər edirik. Odur ki, hələ yeni futbolçu barədə düşünmürük. Amma istənilən komandaya daha güclü oynaması üçün daha güclü oyunçular lazımdır”.