Premyer-liqa
Qriqorçuk: “İstefa məsələsi…”
Bu gün Topaz Premyer Liqasında 17-ci turun növbəti oyunlar…
Bu gün Topaz Premyer Liqasında 17-ci turun növbəti oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Zirə" doğma meydanda "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.
Zirə İdman Kompleksinin stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk məğlubiyyəti belə şərh edib:
“İstefa məsələsinə şərhim yoxdur. Oyundan öncə Sergey Zenyovla danışmışdıq, zədədən yeni qayıdıb. Erkən əvəzləməkdə məqsəd Zenyovu zədədən qorumaq idi. Futbolçulara təşəkkür edirəm, oyunu isə qarşıdakı günlərdə təhlil edəcəyik. İlk hissədə bəzi oyunçular məsuliyyəti öz üzərlərinə götürə bilmədilər, ikinci hissədə isə belə hal yaşanmadı”.