Premyer-liqa
"Sumqayıt" fasiləsiz və itkisiz başladı
Dünən Topaz Premyer Liqasının 17-ci turu çərçiv…
Dünən Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “Qarabağ”la bərabərə qalan (2:2) “Sumqayıt” bu gün yenidən bir araya gəlib. Futbolinfo.az xəbər verir ki, “kimyaçılar” səhər məşqə çıxıb.
Komanda ayın 19-da “Rəvan”la keçiriləcək ev matçına hazırlaşır. Heyətdə itki yoxdu. Bütün futbolçular baş məşqçi Samir Abbasovun ixtiyarındadı.
Qeyd edək ki, sözügedən görüş ayın 19-u, “Kapitalbank Arena”da baş tutuacaq.