Dünya futbolu
Arda Turan məşhur Bill Geytslə görüşdü – FOTO
Klublararası Dünya Çempionatı üçün Yapo…
Klublararası Dünya Çempionatı üçün Yaponiyaya gedən “Barselona” məşhur “Microsoft” şirkətinin sahibi Bill Geyts ziyarət edib. Futbolinfo.az xəbər verir ki, İspaniya klubunun prezidenti Jozef Bartomeu ilə yaxın dost olan tanınmış iş adamı türkiyəli futbolçu Arda Turanla da görüşüb.
Arda sosial şəbəkədə Bill Geytslə şəklini paylaşıb. Təcrübəli yarımmüdafiəçi fotonun altına bu sözləri yazıb: “Cənab Bill Geytslə görüşüb, ondan dəyərli fikirlərini öyrənmək gözəldir”.
Qeyd edək ki, Arda cari mövsümün əvvəlində "Barselona"ya keçsə də, kluba tətbiq olunan məlum transfer qadağası səbəbindən qış fasiləsinə qədər komandasına kömək edə bilməz.