Müsahibə
Dani Kintana: "Bunu nəzərə alsaq, şikayətlənməyə dəyməz"
Bu gün Topaz Premyer Liqasında XVIII tura start verilib. Futboli…
Bu gün Topaz Premyer Liqasında XVIII tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" doğma meydanda "Qəbələ" ilə 1:1 bərabərə qalıb.
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionundakı ("Azərsun Arena") matçdan sonra ev sahibi komandanın ispaniyalı yarımmüdafiəçisi Dani Kintana oyunla bağlı sualları cavablandırıb:
– İlin son oyunu haqda nə deyə bilərsiz?
– Oyun ərzində hər iki komandanın qol vurmaq üçün imkanları oldu. Rəqib bundan erkən istifadə etdi. Biz isə bu qədər fürsətin hamısından yararlana bilmədik, sağa-sola xərclədik. Amma gec də olsa, bərabərlik qolunu vura bildik. Bir trəfdən məğlub olmadığımıza görə sevinirik, digər yandan təəssüflənirik ki, qələbə qazana biləcəyimiz oyunu əldən verdik.

– Sizcə, nəticə ədalətli oldu?
– Layiqli nəticə bizim qələbəmiz olmalı idi. Amma matçın əvvəlində yenik duruma düşdüyümüzü nəzərə alsaq, şikayətlənməyə dəyməz.

– “Qarabağ”ın son oyunlarda qələbə qazana bilməməsinin səbəbi nədir?
– Konkret səbəb deyə bilmərəm. Ola bilsin, ilin sonuna yaxınlaşdığımız üçün futbolçularda yorğunluq var. Qələbə qazana bilməməyimiz də bundan qaynaqlana bilər.

– Epizodların birində İlqarın zərbə endirməyinizə mane olduğunu gördük. Sonra isə sanki aranızda narazılıq yarandı…
– Həmin epizod zamanı onun nə etmək istədiyini başa düşmədim. Niyyətim ona mane olmaq da deyildi. Amma aramızda narazılığın olması ilə bağlı sual verməyin yeri yoxdu. Konkret İlqarın orada olduğunu görmədim.

– Çempionatın ikinci dövrəsi başa çatdı. Fasiləyə qədərki dönəmi necə dəyərləndirirsən?
– Liderik. Buna görə müsbət dəyərləndirirəm. İkinci pillədəki komanda ilə aramızda 8 xallıq fərq var.

– Azarkeşlər üçün oyuna marağı artıram məqamlardan biri də hər iki komandanın ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil etməsi ilə bağlı idi. Bu amil futbolçuların özləri üçün necə, əhəmiyyət kəsb edirdimi?
– “Qəbələ”nin asan yeniləcək komanda olmadığını və cari mövsümdə əsas rəqibimiz hesab edildiyini bilirdik. Onlar da hücum etməyi bacarırlar, müdafiədə “yatmağı” sevmirlər. Gücünə bələd etdiyimiz rəqiblərdəndi.

– Sıx qrafiklə oynadığınıza görə, istirahətə ən çox ehtiyacı olan komanda “Qarabağ”dı. Bu oyunu səbirsizliklə gözlədiyinizi düşünmək olarmı?
– İyulun 8-də etibarən oyunlarımız başlayıb və sıx qrafiklə çıxış edirik. Psixoloji baxımdan dincəlməyə, ailəmizlə birgə vaxt keçirməyə ehtiyacımız vardı. Yaxşı dincəlib, liqanın qış fasiləsinə hazır olmalıyıq.

– Komanda yoldaşın Riçard Almeyda Azərbaycanda ilin ən yaxşı legioneri seçildi. Onu təbrik etdinizmi?
– O, buna layiq idi. Təbrik etdik. Riçard yaxşı futboçudu.

– Reynaldo üçün necə, darıxırsız?
– Reynaldo komanda üçün vacib oyunçudu. Qış fasiləsindən sonra ona çox ehtiyacımız olacaq.

ELMAR ABDULLA-ZADƏ
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə