Premyer-liqa
"Qarabağ"ın oyunlarına görə 5 manat ziyana düşən sürücülər
“Qarabağ”ın ev oyunlarınını keçirdiyi Tofiq İ…
“Qarabağ”ın ev oyunlarınını keçirdiyi Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu təmirdən çıxdıqdan sonra Ağdam təmsilçisi matçlarını bu məkanda oynayır. Lakin sözügedən hadisə futbol azarkeşlərini nə qədər sevindirsə də, bəzi şəxslər bu hissləri yaşaya bilmir.
Məsələn, Suraxanıdan "Qara Qarayev" metrosuna işləyən 113 nömrəli marşrut avtobuslarının sürücüləri kimi. Belə ki, bu gün qarşılaşmanın keçiriləcəyi arenaya həmin avtobusla yollanan əməkdaşımız sürücünün “Qarabağ”ın oyunun olmasından şikayətlənməsinin şahidi olub. O, səbəb kimi oyun günləri avtobusun gündəlik planının 5 manat artırılmasını göstərib. Bu mənada heç bir sürücüyə də fərq qoyulmayıb. Belə ki, vaxt qrafikindən asılı olmayaraq, bütün sürücülər bu planı ödəməlidi.