Ölkə futbolu
"Qarabağ" "Traktor Sazi" ilə qarşılaşacaq
“Qarabağ”ın Antalya toplanışı zamanı yoxalama oyunun…
“Qarabağ”ın Antalya toplanışı zamanı yoxalama oyununda qarşılaşacağı rəqiblər bəlli olub. Futbolinfo.az xəbər verir ki, bu barədə qol.az-a klubun direktoru Əmrah Çəlikəl məlumat verib.
Ağdam təmsilçisi hazırlıq ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. “Atlılar” yanvarın 21-də Təbrizin “Traktor Sazi” klubu ilə qarşılaşacaq. Yanvarın 23-də isə komanda iki görüş keçirəcək. Əvvəlcə Türkmənistan çempionu “Altın Asır”la qarşılaşacaq Qurban Qurbanovun yetirmələri daha sonra Polşa təmsilçisi “Yaqelloniya” ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Qarabağ” yanvarın 5-dən 24-dək Antalyada hazırlıq keçəcək.