Dünya futbolu
Bundesliqada daha bir baş məşqçi istefası
Almaniya Bundesliqasında daha bir baş məşqçi istefası real…
Almaniya Bundesliqasında daha bir baş məşqçi istefası reallaşıb. Futbolinfo.az xəbər verir ki, “Hannover” çalışdırıcısı Mixael Frontseklə yollarını ayırıb.
Bu barədə klubun rəsmi sayı məlumat yayıb. Belə ki, üs-üstə uğursuz nəticələr qazanan 51 yaşlı mütəxəssis özü istefa vermək qərarına gəlib.
Qeyd edək ki, almaniyalı veteran futbolçu cari ilin aprelindən "qırmızı-qaralar"ı çalışdırırdı. Onun rəhbərlik etdiyi komanda Bundesliqanın geridə qalan 17 turunda 14 xal toplayıb və hazırda turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.