Ölkə futbolu
"Xəzər Lənkəran"dan "Qarabağ"a növbəti transfer
Maliyyə problemləri üzündən tarixinin ən çətin g…
Maliyyə problemləri üzündən tarixinin ən çətin günlərini yaşayan “Xəzər Lənkəran” daha bir oyunçusunu itirir. "Ağ-yaşıllar"ın qapıçısı Orxan Sadıqlı klubdan ayrılmağa qərar verib.
Artıq onun yeni klubu da bəllidi. Gənc qolkiper tezliklə “Qarabağ”da peyda olacaq. İbrahim Şehiçin bir sıra uğursuz oyunu, Fərhad Vəliyevin isə artıq karyerasını bitirmək üzrə olması ağdamlıların baş məşqçisi Qurban Qurbanovu belə seçim vadar edib.
Düzdü, tərəflər hələ ki, danışıqlar prosesindədi. Bununla belə, yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir. O, əsas qapışı olmasa da, heyətdə yetərincə rəqabət yaratmalıdı.
“Xəzər Lənkəran”dan ayrılmağa qərar verən Orxanı yalnız möcüzə son klubunda saxlaya bilər. Bu möcüzə isə cənubluların yenidən əvvəlki günlərinə qayıtması olardı.