I Liqa
"Qaradağ Lökbatan"ın məşqçisi cəzalandırıldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan çempionatının 1-ci divizionunun 13-cü turun oyunları ilə bağlı cəzalar açıqlanıb.
“Qaradağ Lökbatan” – “Ağsu” matçının 90-cı dəqiqəsində ev sahibi komandanın məşqçisi Arif Rizvanov texniki zona qaydalarını pozduğuna görə 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.
“Göyəzən” – “Energetik” matçının 61-ci dəqiqəsində qonaq komandanın futbolçusu Ruslan Həmidov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, kluba 20 manat cərimə kəsilib.
“Neftçala” – “Mil-Muğan” matçında hər iki komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün sözügedən klublara 100 manat cərimə olunub.