Ölkə futbolu
Klublar Komitəsində yeni sədr seçilir
Klublar Komitəsinin (KK) üzvləri yenə bir araya gələcək. Fu…
Klublar Komitəsinin (KK) üzvləri yenə bir araya gələcək. Futbolinfo.az xəbər verir ki, komitənin növbəti iclası dekabrın 24-ə təyin olunub.
Bu barədə AFFA-nın rəsmi saytından məlumat verilib. Mənbədə bildirilir ki, “Boulevard Hotel Baku” otelində təçkil olunacaq toplantı saat 11:00-da start götürəcək. Bu tədbirdə yeni sədrin seçiləcəyi gözlənilir. Güman ki, AFFA Tuyqun Nadirovun daha bir il postunda saxlanılmasına çalışacaq.
Qeyd edək ki, KK-nın sonuncu iclası oktyabrın 29- baş tutmuşdu.