Əvəzedicilər
AZAL – "Zirə": hərəyə 500 manat cərimə
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 18-ci tur oyunları ilə bağlı cəzalar açıqlanıb.
“Kəpəz” – “Neftçi” matçının 50-ci dəqiqəsində qonaq komandanın futbolçusu Ömər Buludov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.
AZAL – “Zirə” matçında ev sahiblərinin klubunun 4, qonaqların isə 7 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki kluba 500 manat cərimə kəsilib.