Ölkə futbolu
"Xəzər Lənkəran"a daha bir şok: Tounkara da FİFA-ya şikayət edəcək
“Xəzər Lənkəran”da dərd üstə dərd gəlir. Onla…
“Xəzər Lənkəran”da dərd üstə dərd gəlir. Onlarca futbolçuya borcu olan, bu üzdən FİFA-nın transfer yasağı qoyduğu klub növbəti zərbənin astanasındadı.
Yenə də məsələ pulda, futbolçunun aldadılmasındadı. Aylardı maaş üzünə həsrət qalan Sadio Tounkara cənublulardan almalı olduğu 100 min dolları istəyir. Klub müflis durumda olduğundan və rəhbərlik hər dəfə pul əvəzinə vəd verdiyindən legioner FİFA-ya üz tutmaq niyyətindədi.
“Xəzər Lənkəran”ın prezidenti Tounkara ilə son söhbətində ondan bu həftənin sonuna kimi vaxt istəyib. O, sözügedən məbləği mütləq ödəyəcəklərini vəd edib. Sadio məhz bu səbəbdən sonuncu dəfə səbr etmək qərarına gəlib. Verilən söz yerinə yetirilməsə, yarımmüdafiəçi gələn həftə rəsmən FİFA-ya müraciət edəcək.