Ölkə futbolu
AFFA saxtakarlığa əl atan kluba texniki məğlubiyyət verdi
Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası ke&…
Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, toplantıda uşaq liqaları ilə bağlı cəzalar da açıqlanıb. Hər həftə olduğu kimi bu dəfə də sözügedən yarışlarla bağlı texniki məğlubiyyət qərarları verilib.
(7 dekabr 2015-ci il) U-16 Liqasının “Kəpəz” – AZAL matçında qonaqların iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
(15 dekabr 2015-ci il) Boulevard Hotel U-15 Liqasının “Təhsil” TFM – “Zirə” matçında ev sahiblərinin heyətində turu buraxmalı olan oyunçu meydana cıxdığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
(20 dekabr 2015-ci il) Coca- Cola U-13 Liqasının UGİM (Göyçay) – “Məhsul” (Zərdab) matçında meydan sahiblərinin heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
(15 dekabr 2015-ci il) Boulevard Hotel U-15 Liqasının “Neftçi” İK İB – “Turan” İB matçının 62-ci dəqiqəsində meydan sahiblərinin baş məşqiçisi Meyhan Yunusov hakimlər briqadasın təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb.
(14 dekabr 2015-ci il) Bakcell U-17 Liqasının “Xəzər Lənkəran” – “İnter” matçının 82-ci dəqiqəsində qonaqların futbolçusu Fəhmin Hüseynli hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb. Oyunun 65-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Ağadadaş Həmidov və qonaqların çalışdırıcısı Xəyal Mustafayev texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün hər biri 1 oyun cəzalanıb.
(14 dekabr 2015-ci il) Bakcell U-17 Liqasının “Bakı” – “Kəpəz” matçının 75-ci dəqiqəsində qonaqların futbolçusu Ruslan Həsənov rəqibi vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb.
(17 dekabr 2015-ci il) U-16 Liqasının “Neftçi” – “Xəzər Lənkəran” matçının 76-cı dəqiqəsində qonaqların futbolçusu Şükür Babayev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb.