Ölkə futbolu
“Sumqayıt” iki futbolçu ilə vidalaşdı
Topaz Premyer Liqasında ilk yarını 8-ci pillədə tamamlayan &ldquo…
Topaz Premyer Liqasında ilk yarını 8-ci pillədə tamamlayan “Sumqayıt” “təmizləmə işi”nə başlayıb. Futbolinfo.az saytının məlumatına görə, artıq iki futbolçu ilə yollar ayrılıb.
Dünən klub rəhbərliyinin iclası baş tutub və yarımmüdafiəçi Elnur Abdulovla hücumçu Fuad Məmmədzadənin yola salınması qərara alınıb.
Klubun baş meneceri Ceyhun Sultanov apasport.az saytına açıqlamasında yaxın günlərdə daha bir neçə oyunçunun yola salınacağını istisna etməyib. O, həmçinin qış təlim-məşq toplanışının yeri və zamanının da məlum olmadığını söyləyib: “Komandadan gedəcək oyunçuların adları ilin sonuna qədər müəyyənləşəcək. Hələlik danışıqlar gedir. Həm bu məsələyə, həm də qış hazırlığını harda keçirəcəyimizə yaxın 5-6 gündə tam aydınlıq gələcək”.
Qeyd edək ki, Elnur Abdulov bu mövsüm Premyer Liqada 2 oyun keçirib. Fuad Məmmədzadə isə gününü əvəzedici heyətdə keçirib.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı