Ölkə futbolu
Qriqorçuka verilən "peşəkar" suallar: "Qəbələ" bürünc medalçıdı" – VİDEO
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorç…
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun Ukrayna mətbuatında geniş videomüsahibəsi çıxıb. Futbolinfo.az xəbər verir ki, Odessada dincələn mütəxəssis komandasının Avroliqadakı çıxışı, Azərbaycan çempionatının səviyyəsi, habelə Ukrayna yığmasının Avropa çempionatının final mərhələsindəki şansları barədə danışıb.
50 yaşlı çalışdırıcının verdiyi cavabları artıq Azərbaycan mətbuatında çoxdan səslənməsini nəzərə aldıqda, köklü tərcüməyə zərurət duymadıq. Maraq doğuran məqam isə xanım-həmkarımızın Qriqorçuku suallarıyla az qala infarkt həddinə çatdırmasıdı.
“Qəbələ”nin bürünc medal qazandığını iddia edən ukraynalı jurnalistin Azərbaycan çempionatının tən yarısının hələ irəlidə olduğundan xəbəri yoxdu. Doğrudu, Roman İosifoviç hər vəchlə jurnalistin qeyri-peşəkarlığını ört-basdır etməyə çalışır. Amma ukraynalı mütəxəssis həmvətəninin “zibilləri”ni bağlamağa çalışaraq, “bəli, ötən mövsüm bürünc medal qazanmışdıq”, desə də, titrdakı yazılı məlumat yalnız acı təbəssüm doğurur: “Qəbələ” Azərbaycan çempionatının bürüncünü qazandı”. Hərçənd, azacıq əziyyət çəkib, turnir cədvəlinə baxsaydılar, mövsümün ortasında belə, “Qəbələ”nin 3 yox, 4-cü pillədə qərarlaşdığını görərdilər.
Kimin səbri çatırsa, buyurub izləyə bilər: