Ölkə futbolu
Səlahət Ağayev "İnter"dən ayrıldı
“İnter” kapitanı Səlahət Ağayevlə yollarını ayır?…
“İnter” kapitanı Səlahət Ağayevlə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, bu məlumatı apasport.az saytına yığma komandamızın qapıçısı özü verib.
“Bankirlər”lə müqavilə müddəti başa çatan 24 yaşlı qolkiper ayrılmaq qərarına gəlib.
O, buna səbəb kimi yeni müqavilə şərtlərində razılığa gələ bilmədiklərini deyib: “İnter” mənim üçün həmişə doğma komanda olub. Buna görə də ilk olaraq məhz bu klubla danışıq apardım. Lakin ortaq məxrəcə gələ bilmədik. Karyeramı harda davam etdirəcəyimə isə hələ qərar verməmişəm. Ölkə xaricindən bir təklif var. Düşünməyə vaxtım çoxdu, tələsmək istəmirəm”.
“İnter”in yetirməsi olan Səlahət Ağayev karyerası ərzində bu klubun heyətində Premyer Liqada 68 oyun keçirib, qapısında 49 qol görüb.
Onu da xatırladaq ki, bu ayrılığın baş tutacağı ilə bağlı bir neçə gün öncə yazmışdıq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…