Premyer-liqa
"Neftçi" Antalyadan imtina etdi
Qış fasiləsində Türkiyənin Antalya şəhərində təlim-mə?…
Qış fasiləsində Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçməyi planlaşdıran “Neftçi” fikrindən daşınıb. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” qışda ölkə xaricinə yollanmayacaqlar.
Baş məşqçi postuna əcnəbi mütəxəssis gətirməyi planlaşdıran, lakin neftin dünya birjasında kəskin şəkildə qiymətinin azalması, üstəlik devalvasiya nəticəsində maliyyə sıxıntıları yaşayan paytaxt təmsilçisi sonda yolunu Əsgər Abdullayevlə davam etməyi qərara alıb.
Görünür, bu qərar da klubun büdcəsində yaranan kəsirdən xilasedici rolunu oynamayıb. Amma 40-50 min dollara görə “Neftçi” kimi klubun qışda təlim-məşq toplanışına ölkə xarıcınə yollanmaması əlbəttə ki, qəbuledilməzdi.
İnformasiyanı dəqiqləşdirmək üçün klubun əməkdaşları ilə əlaqə saxlamaq cəhdlərimiz bəhrəsiz qaldı. “Neftçi” rəsmilərindən heç biri zənglərimizə cavab vermədi.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”