Bizi izləyin

Premyer-liqa

Şaxta Baba, hardasan?

Mövsmün ilk yarısı başa çatıb. İndi klublar isti…

blank
Mövsmün ilk yarısı başa çatıb. İndi klublar istirahətdədi. Tədricən 2015 də tarixin yaddaşına köçür. Doğrudu, sıravi, neft qoxusundan dadmayan vətəndaşlar üçün bayram əhval-ruhiyyəsindən söhbət belə gedə bilməz. Ancaq futbol sahəsində çalışanlar bu qoxudan o qədər dadıblar ki, manatın məzənnənəsinin kəskin şəkildə dəyişməsi də onların dolanışığına həlledici zərbə vura bilməz. Axı, hətta ayı da qış yuxusuna gedəndə, pəncəsini sormaqla yaza çıxır. Deməli, kefləri kök, damaqları çağdı. Bu yazıda da onların kefinə “soğan doğramamaq” qərarına gəldik. 
“Qarabağ”. “Atlılar” kimi tanınan Ağdam təmsilçisi 2015-i at üstündə başa vurmağı bacardı. Avrokuboklarda ölkənin əsas “stavka”sı olan komanda gözləniləni verdi. Qurban Qurbanovun drujinası gözlənildiyi kimi, Avropa Liqasının qrupuna düşməyi bacardı. Ancaq qitə arenasında bundan artığını bacarmadı. Ölkə çempionatında isə “atlılar” “at oynatdı”. Doqquz “süvari”dən fərqli olaraq, “Qarabağ” atları” inamla liderlik kürsüsündə əyləşib.
“İnter”. “Bankirlər”in “banksız” (Cahangir Hacıyevsiz) qaldıqları 2015-i aktivlərinə yazmaq olar. Tarixində ilk dəfə Avroliqanln 3-cü mərhələsinə vəsiqə əldə edən komanda ac-yalavac (burada bir daha qeyd edirik ki, ölçü vahidi kimi ancaq neft qoxusundan dadmışlar nəzərdə tutulur, sıravi vətəndaşlar üçün ayrı kriteriyalar mövcuddu) dönəmində ili 2-ci pillədə başa vurmaqla, pulun hər şeyi həll etmədiyini sübuta yetirdi.
“Zirə”. Birinci divizionda cəmi 1 mövsüm keçirib, legitim yolla Topaz Premyer Liqasına adlamayan komandadan heç kim uğur gözləmirdi. Elə baş məşqçilərinin Adil Şükürov olması da yaxşı heç nə vəd etmirdi. Çünki təcrübə baxımından gənc mütəxəssisin öyünəsi bir nəticəsi yox idi. Ancaq turlar ötdükcə, vəziyyət “qəsəbələlir”in xeyrinə işləyirdi. Nəticə də göz qabağındadı: ciddiyə alınmayan komanda çempionatın “ekvator”una 3-cü gəlib çatdı.
“Qəbələ”. Roman Qriqorçukun yetirmələri 2014-2015 mövsümünün ikinci yarısında fırtına kimi əsib, bürünc medala sahib çıxdıqdan sonra, bu çempionatda hamı onlara “Qarabağ”a “əlcək atmağ”a əsas namizəd gözüylə baxırdı. Atalar yaxşı deyib: “Bir əldə iki qarpız tutmaq olmaz”. Avroliqa adlı “qarpız”ın təamını son damlasına qədər çıxrmağı bacaran “Qəbələ”, çempionatdakı “giləmeyvə”ni əlində saxlaya bilmədi. Hər halda çempionat başa çatmayıb, qitəmiqyaslı yarışda isə “Qəbələ” “qılınc”ını yerə qoyub. Deməli, hələ “qatar”a minmək olar…
“Kəpəz”. Gəncə təmsilçisini “Zirə”nin “ögey qardaş”ı adlandırmaq olar. Birinci diviziondan “sehrli çubuğ”un təsiri nəticəsində çıxan “Kəpəz”, “Zirə”dən fərqli olaraq, zəngin büdcəyə sahib deyil. Elə bu üzdən də Şahin Diniyev “yırtıq corabları yamayıb”, nəticə verməyə çalışır. Mövcud vəziyyətdə göstərdiyi nəticələr əladı. Amma gəl bunu futbola “sən” deməyənlərə başa sal.
“Neftçi”. Rənglərinə sadiq komanda. “Qaraya bürünən” komanda yalnız ilin sonlarına yaxın “ağ zolağ”ın çalarlarını gördü. Mövsümün əvvəlində el üzünə çıxmağa utanan klub rəhbərliyi bu gün ölkə xaricinə yollanmayacaqlırını deməkdən belə, çəkinmir. Nə qədər də olmasa, əllərində “güclü kozır”ları var – “Qoçu Əsgər”!
AZAL. Klubun “bakına yanacaq tökülməsə də” Tərlan Əhmədov “təyyarə”ni suyla idarə etməyə çalışır. İnsafən, bu komanda üçün 22 xal heç də pis nəticə deyil. Ancaq ayaqqabılarını dollarla silən vaxtlar kluba pul ayırmayan rəhbərlik bu vəziyyətdə çətin ki, AZAL-a məlhəm ola. Əhmədov yenə də “təyyarə”sini suyla havaya qaldırmağa məhkumdu.
“Sumqayıt”. Rəvayətə görə şəhərin adında insan ismindən söhbət gedir: “Sum, qayıt”! Bizim Premyer Liqada da analoji hal yaşanmaqdadı. “Sum” başı aşağı turnir cədvəlinin dibinə yuvarlandığı vaxt, “rejissor əvəzetməsi” baş verdi. Yeni baş məşqçinin adının ilk 3 hərfinin yalnız 2-cisində fərq olsa da (SAMir Abasov), “Sum” qayıtdı. İndi komanda baxımlı futbolla pərəstişkarlarını sevindirir.
“Xəzər Lənkəran”. Söz vermişdik axı, heç kimin əhvalını korlamayacağıq. Bu üzdən də cənublular haqda heç nə yazmayacağıq. Çünki müsbət nəyisə tapıb çıxarmaq olur, mənfidən isə vaz keçirik.
“Rəvan”. Paytaxt təmsilçisi 2-ci dövrədə xeyli xal toplamaqla, rəhbərliyini ümidləndirib. Kim bilir, bəlkə Bəhmən Həsənovun 5-ci gəlişi karyerasında dönüş nöqtəsi olacaq. Ən azından, küknarın dibinə məktub qoyub, Şaxta Babadan bunu xahiş etmək olar.
Şaxta Baba uzaq Laplandiyadan mütləq Azərbaycana gələcək. Ki, klublarımızın ürəklərindəki arzuları həyata keçirsin. Əlbəttə, müasir dönəmdə Şaxta Baba da kommersiya əsasları ilə işləyir. Ancaq milyardlarla dolları mənimsəmiş məmurlar üçün bir Şaxta Babanı yola vermək çətin olmaz. Yapışın kişinin ətəyindən, ümid ancaq onadı.
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-21 18:35

“Səbail” “Araz-Naxçıvan”a qarşı – YENİLƏNİR

blank
Premyer-liqa2024-04-21 18:26

“Kəpəz” “Sabah”a məğlub oldu

blank
Digər idman növləri2024-04-21 17:54

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

blank
Digər idman növləri2024-04-21 17:10

Azərbaycan yığması Bakıdakı Dünya Kubokunda bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Digər idman növləri2024-04-21 11:35

“Qarabağ” “Azəryol”a qalib gəldi

blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm