Dünya futbolu
Luçesku açıqladı: Türkiyəyə gedir
Uzun müddətdi adı Türkiyənin “Trabzonspor” kl…
Uzun müddətdi adı Türkiyənin “Trabzonspor” klubu ilə hallanan Mirça Luçesku məsələ ilə bağlı açıqlama verib. Futbolino.az xəbər verir ki, hazırda “Şaxtyor”a rəhbərlik edən rumın mütəxəssis Ukrayna mətbuatına danışıb:
“Şaxtyor”dan xoş xatirələrlə ayrılmaq istəyirəm. Əgər “Trabzonspor”la razılıq əldə olunsa, bu komandada 2 il baş məşqçi kimi işləyib, sonra idman direktoru vəzifəsində fəaliyyət göstərəcəm. Məndən sonra isə oğlum Razvan Luçesku məşqçi kimi işimi davam etdirə bilər. “Trabzonspor”a şərtlərimi bildirmişəm”.
Qeyd edək ki, vaxtilə Türkiyədə “Qalatasaray” və “Beşiktaş”ı ölkə çempionu edən 70 yaşlı çalışdırıcı, Ukraynda da “Şaxtyor”la 8 dəfə eyni uğura imza atıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…