Milli komanda
Təbriz Həsənov: “Bolqarıstanla oyun göstərdi ki…”
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr …
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, seçməmiz Bolqarıstanın müvafiq yaş qrupuna aid komandasını 2:0 hesabı ilə məğlub edib.
Peterburqski İdman-Konsert Kompleksindəki matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən millimizin baş məşqçisi Təbriz Həsənov qələbəni belə şərh edib:
"Çətin oyun oldu. Komandamız bu gün daha yaxşı oynadı. Layiqli qəbələ qazandıq. Bu gün komandam istəkli idi. Uşaqlar qalib gəlməyi çox istəyirdilər. Hər top uğrunda mübarizə aparırdılar. Bilirdik ki, rəqib mərkəzdə yaxşı çıxış edir. Onların zəif cəhətlərindən yararlanmağa çalışırdıq. Qol vurduqdan sonra müdafiəyə daha çox diqqət ayırmağı tapşırmamışdım. Müəyyən qədər yorğunluq da var idi. Bu oyun göstərdi ki, ilk qarşılaşmadakı gərginliyi üzərimizdən atmışıq”.