Ölkə futbolu
"Qarabağ" "Borussiya" və "Qalatasaray"ı qabaqladı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) d…
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı klublarının siyahısını açıqlayıb.Futbolinfo.az xəbər verir ki, cədvəldə 3 Azərbaycan klubu yer alıb.
Bunlar “Qarabağ”, “Qəbələ” və “İnter”di. Komandalarımız içərisində ən yaxşı nəticə Ağdamlılara məxsusdu. Belə ki, “atlılar” 142 xalla 77-ci pillədə qərarlaşıb. Onlar bu mövqedə Hollandiyanın PSV və İspaniyanın “Valensiya” klubları ilə şərikdi. Qurban Qurbanovun yetirmələri “Borussiya” (Münhenqladbax, Almaniya), “Qalatasaray” (Türkiyə), “İnter” (İtaliya), “Lion” (Fransa) kimi komandaları qabaqlayır.
Digər təmsilçimiz “Qəbələ” isə 116 xalla cədvəldə 124-cü mövqedədi. “Qırmızı-qaralar” bu pillədə Argentinanın “Rosario” və Kosta-Rikanın “Herediano” komandaları ilə şərikdi. Roman Qriqorçukun yetirmələri “Everton” (İngiltərə), “Rubin” (Rusiya), “Milan” (İtaliya) kimi komandaları arxada qoyub.
Siyahıda yer alan yeganə Bakı klubu “İnter” isə cədvəldə 192-cidi. “Bankirlər” bu mövqedə “Barri Volves” (Nigerya), “Pünik” (Ermənistan), “Tyun” (İsveçrə) şərikdi. Aktivində 92 xal olan bakılılar İngiltərənin “Lester” və Hollandiyanın “Qroningem” kimi klublarını arxada qoymağa müvəffəq olub.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…