Milli komanda
Reytinq cədvəli açıqlandı: millimizdən 1 addım
FİFA milli komandaların növbəti reytinq cədvəlini aç?…
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Futbolinfo.az xəbər verir kimi Azərbaycan yeni ilin ilk cədvəlində 1 pillə irəliləyib.
Hazırda aktivində 296 xal olan komandamız 116-cı mövqedədi. Robert Prosineçkinin yetirmələri yeni cədvəldə aktivinə xal yaza bilməsə də, bizdən irəlidə yer alan Kubanın 45 pillə geriləməsinə görə sıçrayışa nail olub.
2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatının seçmə oyunları çərçivəsində millimizə rəqib olan komandalardan Almaniya 4, Çexiya 26, Şimali İrlandiya 30, Norveç 54, San Marino isə 198-ci mövqedədi. Siyahının ilk 3 pilləsinində isə müvafiq olaraq, Belçika, Argentina və İspaniya yer alıb.
Qeyd edək ki, növbəti reytinq cədvəli fevralın 4-də açıqlanacaq.
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”