Ölkə futbolu
Muarem "Qarabağ" üçün Antalyaya gedir
Türkiyənin “Əskişəhərspor” klubundan ayrıldıqd…
Türkiyənin “Əskişəhərspor” klubundan ayrıldıqdan sonra klubsuz qalan makedoniyalı futbolçu Muarem Muarem yenidən “Qarabağ”da çıxış edə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya yarımmüdafiəçinin özü məlumat verib.
Təcrübəli vinger bildirib ki, bu gün Ağdam klubu ilə danışıqlar aparmaq üçün Türkiyənin Antalya şəhərinə yola düşəcək. Orada Azərbaycan təmsilçisinin düşərgəsinə qoşulacaq yarımmüdafiəçi danışıqlara başlayacaq: “Müəyyən danışıqlar olub və tam dəqiqləşməsi üçün Antalyaya gedəcəm. Hər şey oradakı danışıqlardan asılıdır”.
Qeyd edək ki, Muarem 2012-2015-ci illərdə “Qarabağ”da çıxış edib.