Ölkə futbolu
Nuru Əliyev növbəti devalvasiyanı gözləyir
Premyer Liqada qalıb-qalmayacağı dəqiqləşməyən “Rəvan&r…
Premyer Liqada qalıb-qalmayacağı dəqiqləşməyən “Rəvan”da maliyyə durumu olduqca pisdi. Futbolçu və məşqçi heyəti artıq 3 aydı maaş almır. Heç vaxt belə ciddi gecikməyə rast gəlinməyən paytaxt klubunda belə vəziyyətin yaranmasının səbəbi var.
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, bu plan klub prezidenti Samir Maliksoya aiddi. O, klubun sahibi Nuru Əliyevi inandırıb ki, maliyyə itkilərindən mümkün qədər qaçmaq üçün maaşları maksimum müddətə yubatmaq lazımdı. Nuru bəy də onun sözlərinin mənriqli olduğunu görərək manatla verilməli olan maaşlara dollara çevirərək bankda saxlayır. O, indi növbəti devalvasiyanı gözləyir ki, ziyana düşməsin. Dolların 2 manata qalxmasını arzulayan iş adamı belə olan halda futbolçulara olan borcunu asanlıqla ödəyəcək. Əvvəllər min manat alan futbolçuya təqribən min dollar ödəmək lazım gəlirdisə, indi həmin xarici valyuta ilə 2 ayın maaşını “bağlamaq” mümkün olacaq.
Təbii ki, bu vəziyyətdə əsas zərbə futbolçulara dəyəcək. Nuru Əliyevin arzuladığı və gözlənilən növbəti devalvasiyadan sonra aldığı pulun dəyəri olmayacaq futbolçular şikayət edə bilməyəcək. Çünki müqavilələr manatla bağlanıb və böhranın ümumi mənfi nəticələri yalnız “qara fəhlələr”in başında çatlayacaq.