Dünya futbolu
"Yuventus"un 1500-ü
Son İtaliya çempionu "Yuventus" yeni rekorda imza at…
Son İtaliya çempionu "Yuventus" yeni rekorda imza atıb. Futbolinfo.az xəbər verir ki, Turin təmsilçisi A Seriyasında 1500-cü qələbəsini qazanıb.
Bu nəticə ötən gün baç tutan 18-ci turdakı "Verona" ilə oyuna təsadüf edib. Rəqibinə 3:0 hesabı ilə darmadağın edən "qoca sinyora" A Seriyası tarixinin ən çox qələbə qazanan klubu olub.
Qeyd edək ki, Massimiliano Alleqrinin rəhbərlik etdiyi kollektiv hazırda 36 xalla turnir cədvəlinin 4-cü pilləsindədi.