Ölkə futbolu
Şəhriyar Rəhimov: "Bunun sayəsində uğur qazanacaq"
“Çox şükür, hər şey qaydasındadır. Məşql…
“Çox şükür, hər şey qaydasındadır. Məşqlərdə plan üzrə işləyir, verilən tapşırıqları yerinə yetirməyə çalışırıq”. Futbolinfo.az xəbər verir ki, bu sözləri klub saytına Şəhriyar Rəhimov deyib.
“Kəpəz”in müdafiəçisi komandanın hazırlıq prosesi haqda daha sonra bunları dilə gətirib: “Bildiyiniz kimi, təlim-məşq toplanışının ilk mərhələsində Yevlaxda fiziki yöndə hazırlıq keçdik. O dövrdə çox yorğunluq vardı. Yavaş-yavaş özümüzə gəlirik. Bakıda isə əsasən yoxlama oyunları keçirib, toplu məşqlərə üstünlük verdik. Məncə, indi keçdiyimiz məşqlərlə çatışmayan cəhətlərimizin üzərində işləməklə çempionata tam hazır vəziyyətə gələcəyik”.
Topaz Premyer Liqasının ikinci hissəsinə hazırlığa yanvarın 11-də start verən “Kəpəz” ayın 18-dən Bakıda toplanış keçməyə başlayıb: “Bizi uzun marafonun ikinci hissəsi gözləyir. Əvvəlcədən nəsə demək düzgün olmaz. Amma söyləməliyəm ki, Yevlaxdakı məşqlərin bizə çox köməyi olacaq. Fiziki cəhətdən komanda yaxşıdır. Bakıda isə oyun sistemini təkmilləşdirməyə, daha da yaxşılaşdırmağa çalışırıq. Ümid edirəm ki, komandamız baxımlı futbol sərgiləyib, inamla mübarizə aparacaq və bunun sayəsində uğur qazanacaq”.