Ölkə futbolu
"Xəzər Lənkəran" məşqə çıxmadı
Dünən yoxlama matçında 1-ci divizion təmsilçisi …
Dünən yoxlama matçında 1-ci divizion təmsilçisi “Şərurspor”a 2:5 hesabı ilə məğlub olan “Xəzər Lənkəran”ın oyunçuları bu gün məşqə çıxmayacaq. Futbolinfo.az xəbər verir ki, komanda istirahətdədi.
Hazırda Lənkəranda olan “ağ-yaşıllar” məşqlərini sabahdan bərpa edəcək.
Qeyd edəki, cənublular fasilədən sonra ilk görüşü evdə "Rəvan"a qarşı keçirəcək. Oyun yanvarın 30-u, saat 13:30-da, Lənkəran şəhər stadionunda baş tutacaq.