Ölkə futbolu
"Xəzər Lənkəran" gözləyir
İki gün sonra – Topaz Preymer Liqasının 19-cu turu çər…
İki gün sonra – Topaz Preymer Liqasının 19-cu turu çərçivəsində “Rəvan”ı qəbul edəcək “Xəzər Lənkəran”da vəziyyət heç də ürəkaçan deyil. Futbolinfo.az xəbər verir ki, Lənkəran şəhər stadionu qar altında qalıb.
Məsələ ilə bağlı Cənub təmsilçisinin mətbuat katibi Hüseyn Cəbrayıloğlu saytımıza açıqlamasında bunları deyib: “Meydançada qarın qalınlığı 25 sm-ə çatıb. Qarı kürüdüb, kənara tökmək üçün meydançanın kənarında yer də yoxdu. İşçilərimiz hələ ki, qarı təmizləməkdə tələsmir. Lənkəranda hazırda günəşli hava şəraiti hökm sürdüyündən işçilər qarın bir az da əriməsini gözləyirlər”.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Rəvan” görüşü yanvarın 30-da saat 13:30-da start götürəcək.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi