Ölkə futbolu
Kerjakov "Qəbələ" darmadağınına bəraət axtarışında
İsveçrə “Sürix”i ilə bu ilin qışında m&u…
İsveçrə “Sürix”i ilə bu ilin qışında müqaviləyə imza atan rusiyalı hücumçu Aleksandr Kerjakov Antalya toplanışında keçirdikləri oyunlar barədə danışarkən “Qəbələ”yə qarşı matçı da xatırlayıb. Futbolinfo.az xəbər verir ki, Türkiyə toplanışında yalnız təmsilçimizə məğlub olan sürixlilərin hücumçusu bunu həmin oyunda iştirak etməməsi ilə əlaqələndirməyib.
Bu ilin noyabrında 34 yaşını qeyd edəcək forvard “Dnepr” və “Rid” kimi komandalara qarşı uğurlu nəticələrə imza atdıqları təqdirdə, “Qəbələ”dən məğlubiyyət almalarına bu cür münasibət bildirib: “Əlbəttə, hesabın bu cür alınması mənim meydanda olmamağımla bağlı deyil. Komandamız gərgin hazırlıq planı üzrə çalışmalar keçdiyi bir dövrdə azərbaycanlılarla oynadıq. Özü də ilk yarıda oyuna nəzarət edən tərəf də komandamız idi. Ancaq yüksək fiziki yüklənmələrə görə, sonadək dözüm gətirmədik. Bütün hallarda tablodakı nəticə qüvvələrin nisbətini düzgün əks etdirmir”.
Qeyd edək ki, Antalya toplanışı çərçivəsində “Sürix”lə keçirilən qarşılaşmada “Qəbələ” rəqibinə 4:0 hesablı divan tutub.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi