Ölkə futbolu
AFFA Kosovo yığması ilə oyundan imtina etdi
AFFA Kosovo yığması ilə oyundan imtina edib. Futbolinfo.az xəbər…
AFFA Kosovo yığması ilə oyundan imtina edib. Futbolinfo.az xəbər verir ki, bu barədə assosiasiyanın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Türkiyədə keçirilən “Antalya cup” turnirində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə yanaşı, Kosovo da iştirak edir. Bu isə birmənalı qarşılanmayıb. Məsələyə aydınlıq gətirən Məmmədov bu matçdan imtina etdiklərini bildirib:
“Biz Kosovonun müstəqilliyini tanımırıq. Onların turnirdə iştirak edəcəyini bilmirdik. Yarışdan əvvəl Kosovonun da həmin turnirdə iştirak edəcəyi ilə bağlı bizə rəsmi sənəd gəlməmişdi. Biləndən sonra mövqeyimizi açıqladıq ki, son turda onlarla görüşə çıxmayacağıq. 11-12 yaşlıların oyunu olsaydı, bəlkə də, komandamız meydana çıxardı. Çünki siyasi məsələlərin uşaqların futbol oynamalarına mane olmasını istəməzdik. Amma bu, milli komandadı. Bu səbəbdən də biz Kosovo ilə matça çıxmaqdan imtina etmişik. Onsuz da, bu gün Bəhreyn üzərində qələbə qazansaq, turnirin birincisi olacağıq”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə