Ölkə futbolu
"Qəbələ" istədi, Sloveniyaya getdi
Ötən mövsümün sonunda “Neftçi”…
Ötən mövsümün sonunda “Neftçi”dən ayrılan Julius Vobayın yeni klubu bəlli olub. Futbolinfo.az xəbər verir ki, syerre-leoneli yarımmüdafiəçi Sloveniyanın “Olimpiya” klubunda çıxış edəcək.
“Neftçi”dən ayrıldıqdan sonra 8 aydı klubsuz qalan futbolçu bir neçə gündü baxışda idi. Yoxlama matçlarında meydana çıxan 32 yaşlı oyunçunun çıxışı baş məşqçi Mirko Nikoliçi qane edib. Onunla yaxın günlərdə müqavilə bağlanılacaq.
Qeyd edək ki, Vobay 2011-ci ildə “Xəzər Lənkəran”, 2012-2015-ci illər aralığında isə “Neftçi”nin şərəfini qoruyub. "Qəbələ" cari mövsümün əvvəlində onu heyətinə qatmaq istəsə də, tərəflər razılığa gələ bilməmişdi.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə