Ölkə futbolu
Sadiqov: "Bu, oyunumuza mənfi təsir göstərməyəcək"
Cari mövsümün əvvəlində çepionluğa əsas nam…
Cari mövsümün əvvəlində çepionluğa əsas namizədlərdən sayılan “Qəbələ” qış fasiləsinə qədər gözləniləntiləri doğrultmadı. İlk iki dövrədə lider “Qarabağ”dan 10 xal geri qalan və 4-cü pillədə qərarlaşan “qırmızı-qaralar”ın mövsümün 2-ci yarısında hansı nəticə göstərəcəyi maraqlıdı.
Ekvatora kimi yaşanan uğursuzluğu unutdurmaq üçün komanda Antalyada təlim-məşq toplanışı keçərək, çempionatın qalan hissəsində iddiasını göstərmək fikrindədi. Dünəndən növbəti turun hazırlıqlarına başlayan əyalət təmsilçisinin yarımmüdafiəçisi Rəşad Sadiqov toplanışla bağlı saytımıza danışdı:
“Antalyada keçdiyimiz qış-təlim məşq toplanışı komandanın xeyrinə olacaq. Mənə elə gəlir ki, ilk oyunlardan optimal formada olmalı idik. İkinci yarıda tam fərqli “Qəbələ” görəcəyik. Komandadan bir neçə futbolçu ayrılsa da, inanmıram ki, bu, oyunumuza mənfi təsir göstərsin. Çünki hər mövqeyə 2-3 namizəd futbolçumuz var”.
Qeyd edək ki, “Qəbələ” 2-ci yarıda ilk matçını yanvarın 30-u, saat 14:00-da səfərdə “Kəpəz”ə qarşı keçirəcək.