Ölkə futbolu
"Neftçi" ayrılığı rəsmən açıqladı
“Neftçi”nin futbolçusu Kaue da Silva rəhbə…
“Neftçi”nin futbolçusu Kaue da Silva rəhbərliyə müraciət edərək, ona başqa klubdan təklif gəldiyini bildirmişdi. Futbolinfo.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, rəhbərlik isə öz növbəsində yarımmüdafiəçinin digər kluba keçməsi ilə bağlı müraciətini müsbət cavablayıb.
Nəticədə braziliyalı futbolçu ilə müqaviləyə səmərəli şərtlərlə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Bu gün isə Kaue klub rəhbərliyi və komanda üzvləri ilə görüşüb. Futbolçuya “Neftçi”də oynadığı müddətdə komandaya göstərdiyi xidmətinə görə təşəkkür edilib və ona gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, bu ayrılığın reallaşacağı ilə bağlı ilk olaraq, bir neçə saat öncə biz yazmışdıq.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…