Bizi izləyin

Müsahibə

Tərlan Əhmədov: "Kənar qüvvələr işimə çox müdaxilə edirdilər"

Ötən gün Topaz Premyer Liqasında XIX tura yekun vurulub. F…

blank
Ötən gün Topaz Premyer Liqasında XIX tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, AZAL doğma arenada “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.
"AZAL Arena"dakı matçdan sonra açıqlama verən ev sahibi komandanın baş məşqçisi Tərlan Əhmədov qələbəni belə şərh edib:
– Fasilədən sonra 2-ci yarının başlanğıcında hamı qalib gəlmək istəyər. Biz də buna köklənmişdik. Baxayaraq ki, normal şəraitdə təlim-məşq toplanışı keçə bilmədik. Zədəlilərimiz həddindən artıq çox idi. Ancaq komandanın özəyini saxlayıb, fasilə müddətində turnidə də iştirak etdik və buradakı matçların çoxluğu oyun təcrübəmizin yüksək səviyyədə olmasına imkan yaratdı. Ötən mövsüm 4 və ilk yarıda isə 2 görüşdə “Qarabağ”a məğlub olmuşduq. Artıq 3-cü oyunda məğlub ola bilməzdik. Futbolçularıma minnətddaram ki, bütün tapşırıqları yerinə yetirdilər. Müdafiədə səhvsiz oynadılar. Hücumda isə ələ düşən imkanlardan maksiumum yararlanmaq istəyirdik. Bu gün də qələbə qolunu vurub, qalib gəldik. “Qarbağ” haqqında xoş söz demək borcumuzdu. Bu komandaya qalib gəlmişiksə, demək irəlidə daha yaxşı oyunlar göstərib, uğur qazana bilərik. Bu gün bəzi dəyişikliklər etmişdim, Aleksandr Qurulini hücumda, Mirzağa Hüseynpuru isə cinahda oynadırdım. Nuqzar Kvirtiyanı isə ehtiyatda saxlamışdım. Rəqibin heyətində Rəşad Sadıqov və Bədavi Hüseynovun top saxlamağının qarşısını alaq üçün Qurulinin üstün ola biləcəyini düşündüm, bunun da bəhrəsini gördük. Mirzağa isə optimal formada olmasa belə, onun çıxışını bəyəndim. Bizim oyun üslubumuza uyğun futbolçudu. Tam hazır olmasa da, çıxışı bizi qane etdi. İkinci hissədə isə Nuqzarı meydana buraxdıq və bəhrəsini də gördük. 
– Komandanız bu gün hansı kompanentlərdə “Qarabağ”ı üstələdi?
– Bir-bir sadalamaq istəmirəm. Sadəcə, istəkdə, əzmkarlıqda qələbə qazanmağa nail olduq.
– Yayda müsahibənizdə bildirmişdiniz ki, komanda Premyer Liqada qalmaq uğrunda vuruşacaq. Bunu bacarsaq, böyük uğurdu. İndi isə görürük ki, AZAL-ı artıq avrokuboklara vəsiqə verən yerlərdən elə də çox xal fərqi ayırmır. Artıq komandanızı avrokuboklara çıxmaq uğrunda mübarizə apardığını düşünmək olarmı? Nəzərə alaq ki, “İnter” və “Zirə” kimi komandalar vəsiqə qazansalar belə, məlum səbəblərdən qitə turnirinən kənar qala bilərlər…
– Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik axtarmaq düzgün deyil. Düzdü, mövsümün əvvəlində komandanı yeni yığanda həddən artıq kənar qüvvələr işimə çox müdaxilə edirdilər. Biri deyirdi, “filan futbolçu belədi”, digəri deyirdi ki, “bu oyunçularla neynəyəcəksən”. Yenə də düşünürdüm ki, bu yükün altına girmişəmsə, nəsə olmalıdı. İlk 5 turda məğlub olanda, mənə dedilər ki, 6 xal toplaya bilsən, böyük uğurdu. Mən dedim ki, biz 6 yox, daha çox xal toplayacağıq. 6-cı tur ilk xalımızı qazanıb, ardınca isə “Rəvan”ı evdə udduqdan sonra komandanın gücünün nə olduğunu bildim. Kənar təsir olmasa, işləməyə nə var ki. 5 oyunda xal qazana bilmədikdən sonra mətbuatda çox şey yazdılar. Düzdü, AZAL-ın tarixində bu cür uğursuzluq olmamışdı. Amma nəzərə almaq lazımdı ki, AZAL-ın tarixində də belə büdcə olmamışdı. Bunu da nəzərə almadan yazırdılar. Amma heç kim sonda yazmadı ki, 5 oyunda qolsuz, xalsız qalan komandanın ilk yarının son 5 görüşdə də 13 xal toplayıb və qol buraxmayıb. Bu gün isə Avroliqaya düşmək şansımız var. İstəyirəm, bu mövsüm çempion olaq. Bu, mənim istəyimdi. Amma reallıq nədi? Qarşıda 17 tur var. Bu müddət ərzində nə qədər xal toplyacağımızı bilmirəm. Bizdən irəlidə olan “Kəpəz”in hansı nəticələr qazanacağını da bilmirəm. 7 xal irəlidə olmağımıza baxmayaraq, arxadan “Sumqayıt” da gəlir. Bu gün mənim istəyimlə olmur. Reallıq nədisə, o yolla da davam etməyə çalışacağıq. Əgər şans varsa, maksiuum istifadə etməyə çalışacağıq. 
– Kənar amilləri dediniz. Mətbuatdan kənar işinizə müdaxilə edən insanlar var?
– Klub rəhbərliyindən heç kim işimə müdaxilə eləmir. Sadəcə, futbol ictimaiyyətindən təsirlər çox olur. Əgər işimə qarışılsa, həmin dəqiqə postumdan gedərəm. Artıq 2 ildi buradayam, amma nə sözümüzü yerə salmayıblar, nə də ki, işimizə qarışıblar. 
– Kənar amillər sadəcə, mətbuatdı?
– Sizin yazmağınıza mən heç vaxt müdaxilə etməmişəm. Çünki işiniz budu. Bayaq qeyd etdim ki, bu insanlar futbol ictimaiyyətindəndi. Mətbuatın işi pisi pis, yaxşını yaxşı yazmaqdı. Amma hərdən olur ki, yaxşını yazmırsınız (gülür).
– Belə başa düşdük ki, komandanızı yaşadan prinsipdi…
– Tərlan da, bu futbolçular da olmasa, AZAL yaşayacaq. Kimlərin oynamasından və komandanın hansı liqada yarışmasından asılı olmayaraq, komanda yaşayacaq. Bu gün çıxış edən futbolçuların çoxunu siyahıdan silmişdilər. Onlar bu prinsiplə oynayır. O vaxt ən əziz məşqçim mənə demişdi ki, “bəlkə futbolu atasan?”. Amma ondan sonra 2 il ardıcıl ilin futbolçusu seçildim və ən gözəl də qolları vurdum. Bunu sübut etdim ki, mən bunu bacarıram. İndi futbolçularım da prinsipləri və özlərinə sübut etmək üçün çalışırlar. 
– İlk yarının sonlarında qeyd etmişdiniz ki, qış fasiləsində meydandankənar bəzi amillərdə müsbət dəyişikliklər olacaq. Oldumu?
– Bu günlərdə komandaya bir neçə futbolçu cəlb etdik, bəzi şeylərdə dəyişiklik oldu. Yalnız icarə əsasında çıxış edən Müşviq Teymurovu yola saldıq. Artıq gələn ili də düşünürük ki, bu mövsüm komandanın özəyini quraq və heç kim icarə əsasında çıxış etməsin. Hamısı bizə məxsus olsun. Bundan başqa, komandaya 5 yeni futbolçu cəlb etmişik. Klub prezidenti sağ olsun ki, bizə dəstək oldu, bəzi güzəştlər etdi. 
– Yayda daha da yaxşı dəyişikliklər gözlənilir?
– Hazırkı reallıq odu ki, bu büdcə ilə bu komanda durub. Bu komandanı yaya çatdırmaq lazımdı. Hansı səviyyədə və hara layiqiksə, oraya çataq. Sonrasını fikirləşərik. Yayda bəlkə daha çox pul ayrıldı və ya əksinə. 
– “Neftçi” ilə oyundan sonra AZAL-a küçə komandası deyildiyini bildirmişdiniz. Bayaq da kənar amilləri qeyd etdiniz. Bu gün belə düşünmək olar ki, futbol ictimaiyyətində sizin ayağınızın altını qazan var və siz kimdənsə incimisiniz?
– Xeyr, mən heç kimdən incik deyiləm. Onda gərək mən mətbuat nümayəndələrinin çoxu ilə küsülü olum. Hərdən fikirləşirəm ki, bəzi məsələlərdə kimlərəsə nəyisə sübut etmişəm. Heç vaxt VİP-lojada əyləşmirəm, oranın oturacaqlarının nə rəngdə olduğunu belə bilmirəm. Amma orada 2 nəfərin arasında olan söhbəti görürsən ki, hamıya gəlib, çatır. Bu, Azərbaycan reallığıdı. Orada olan “küçə komandası” söhbəti, mənim istənilib-istənilməməyim deyil, tamamilə başqa frazada işlənilmiş söhbət idi. Həmin şəxsə də biz futbol oynayaraq, yerini göstərdik. Bizim nə “Neftçi” ilə, nə də ki, “Neftçi”də işləyən bir şəxslə küsülülüymüz yoxdu. Həmin adam 1 nəfərdi ki, o sözü işlətmişdi. Ona da cavab verildi. Amma komandanı yeni yığmağa başlayanda Rail Məlikov, Tagim Novruzov və s.  futbolçular haqqında çox söhbətlər oldu. 5 oyunda da deyirdilər ki, “görürsən?”. Heç rəhbərliyim mənə o qədər söz demirdi, amma qıraq amillər işimə qarışmaq istəyirdi. Ancaq 22 xal toplayandan sonra deyirlər ki, “görürsən, Rail də, Tagim də necə oynayır”. Dedim, bəs nə oldu, 2 ay əvvəl başqa söz deyirdiniz?. Bu həyatdı, hamı məni istəyə bilməz, həyatın qanunudu. Futbolçularıma təşəkkür edirəm ki, özləri-özlərinə sübut edirlər. 
ELMAR ABDULLA-ZADƏ
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-03 20:16

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

blank
Digər idman növləri2024-05-03 20:00

Alkaras Romada olmayacaq

blank
Digər idman növləri2024-05-03 19:38

Açılışda “Drag queen” də olacaq

blank
Dünya futbolu2024-05-03 19:19

Ramos evini Mbappeyə satır

blank
Digər idman növləri2024-05-03 19:00

Bakıda ilk dəfə U-23 Avropa çempionatı keçiriləcək

blank
Milli komanda2024-05-03 18:46

Azərbaycan millilərinin rəqibləri bəlli oldu

blank
Digər idman növləri2024-05-03 18:32

Azərbaycan şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

blank
Premyer-liqa2024-05-03 18:15

“Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlandı

blank
Müsahibə2024-05-03 18:00

Təklifsiz bombardir: “Hakim bizi çox sıxdı”

blank
Digər idman növləri2024-05-03 17:45

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də uğursuz çıxış ediblər

blank
Digər idman növləri2024-05-03 17:31

Qazaxıstan qran-prisi bu dəfə selə görə təxirə salındı

blank
Digər idman növləri2024-05-03 17:17

“Prezident Kuboku”nda üçüncü günün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-03 17:00

Azərbaycan “Prezident Kuboku”nu doqquz medalla başa vurdu

blank
Digər idman növləri2024-05-03 16:43

Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlandı

blank
Digər idman növləri2024-05-03 16:28

“Prezident Kuboku”: Azərbaycan səkkizinci medalı qazandı

blank
Ölkə futbolu2024-05-03 16:11

Azərbaycan cütlüyü “Prezident Kuboku”nda üçüncü oldu

blank
Ölkə futbolu2024-05-03 15:54

Baş məşqçi öz futbolçularını söydüyünə görə cəzalandı

blank
Digər idman növləri2024-05-03 15:37

Azərbaycan birinciliyinin final oyunlarının vaxtı bilindi

blank
Ölkə futbolu2024-05-03 15:20

Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm