Premyer-liqa
"Kəpəz"dən ilk
XIX turun “Qəbələ” ilə ev oyununda 3:0 hesabı ilə qa…
XIX turun “Qəbələ” ilə ev oyununda 3:0 hesabı ilə qalib gələn “Kəpəz” Topaz Premyer Liqasının 2015/16 mövsümündə ilk dəfə böyükhesablı qələbə qazanıb. Futbolinfo.az xəbər verir ki, Gəncə təmsilçisi sonuncu dəfə 2011/12 mövsümündə belə qalib gəlmişdi.
“Sarı-göylər” həmin vaxt “Sumqayıt”ı məğlub etmişdi. 2012-ci martın 18-də baş tutan qarşılaşmada “Kəpəz” qonaqları 4:1 hesabı ilə üstələmişdi. Qərblilər növbəti belə uğuru 1413 gündən sonra əldə edib.
Ümumiyyətlə, “Kəpəz” Azərbaycan çempionatları tarixində 3 və ya daha çox top fərqilə qazanılan qələbələrin sayında 2-ci göstəriciyə malikdir. Yalnız “Neftçi”dən (116) geri qalan gəncəlilər 92-ci dəfə 3 xalı böyükhesabıa qazanıb. 22-ci böyükhesablı məğlubiyyətini alan “Qəbələ” isə 419 gündən sonra belə yenilgi yaşayıb. Əyalət klubunun çempionatdakı son belə məğlubiyyəti 2014-cü il dekabrın 7-də “Xəzər Lənkəran”la səfər matçına təsadüf etmişdi – 0:3.
(PFL)
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq