Premyer-liqa
"Sumqayıt"dan əyani sübut: tələbimiz yerinə yetirildi!
“Sumqayıt”ın ev oyunlarını keçirdiyi “Kap…
“Sumqayıt”ın ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”nın lisenziyalaşdırmanın “B” meyarlarına cavab verməməsi barədə dəfələrlə yazmışdıq. Klub prezidenti Kamran Quliyev 2-ci dövrənin ortalarında futbolinfo.az saytına verdiyi müsahibədə qış fasiləsində media tribunasının yaradılacağını, elektrik cərəyanı və internetlə təchiz ediləcəyinə dair söz vermişdi.
Bir həftə əvvəl isə klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov saytımıza açıqlamasında yaxın günlərdə işlərə başlanacağı ilə bağlı məlumat vermişdi. O, ilk ev oyunlarınadək qeyd olunan problemlərin aradan qaldırılacağını bildirmişdi. Nəhayət, “Sumqayıt” peşəkarlığa doğru ilk addımlarını atmasını nümayiş etdirdi. Nəhayət, israrlı cəhdlərimiz bəhrəsini verdi. Aşağıda təqdim etdiyimiz fotolar bu yöndə işlərin getməsinin bariz nümunəsidi.
Təki bütün klublarımız tənqiddən nəticə çıxarmağı bacarsın. Orada-burada “bu, qərəzdi” deməkdənsə, “Sumqayıt”a baxıb, gözlərinə su versinlər! İnanırıq ki, “Kimyaçılar”ın ev oyunlarını işıqlandırmaq üçün bundan sonra daha çox həmkarımız gələcək. Hər halda bu tələblərimiz tək futbolinfo.az üçün deyildi.
CEYHUN ƏLİYEV
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir