Premyer-liqa
"Kəpəz" "Dalğa Arena"da
Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində &ld…
Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində “Qəbələ”ni məğlub edən (3:0) “Kəpəz” bir günlük fasilədən sonra bu gün yenidən bir araya gəlib. Futbolinfo.az xəbər verir ki, komanda növbəti turda qarşılaşacaqları AZAL-la matçın çalışmalarını davam etdirir.
Qərblilər Bakıda “Neftçi”nin köhnə bazasında yığışıb. Komanda sabahdan 4 gün “Dalğa Arena”da məşq edəcək. Bundan başqa, bir neçə gün əvvəl səhhətində problem yaşayan baş məşqçi Şahin Diniyevin vəziyyəti isə yaxşıya doğru dəyişir.
Qeyd edək ki, “Kəpəz” – AZAL görüşü fevralın 7-i, Gəncə şəhər stadionunda keçiriləcək.