Ölkə futbolu
Azərbaycan çempionatında nadir hadisə – VİDEO
Azərbaycan çempionatında futbol meydanlarında nadir hallarda…
Azərbaycan çempionatında futbol meydanlarında nadir hallarda rast gəlinən hadisə baş verib. Futbolinfo.az xəbər verir ki, AFFA-nın təşkil etdiyi 17 yaşlı futbolçuların yarışında qapıçı maraqlı qola imza atıb.
Hadisə “Sumqayıt” – “İnter” görüşündə yaşanıb. Belə ki, meydan sahilərinin qapıçısı Mir Emil Həsənov öz cərimə meydançasından qüvvətli zərbə ilə topu oyuna daxil etmək istəyərkən “mərmi”ni rəqib qapısına göndərib.
Gənc qolkiper vurduğu qolla bağlı saytımıza bu sözləri deyib: “Çətin oyun oldu, həm də hava şəraiti ürəkaçan deyildi. Öndə olsaq da, ilk hissənin sonuna yaxın hesab bərabərləşdi. Oyunun 75-ci dəqiqəsində qələbə qolunu vurdum və komandamız 3 xala sahib oldu. Qola görə çox sevinirəm. Bu qol həm də mənim üçün ona görə əlamətdardı ki, “İnter” mənim sabiq klubumdu. Futbolun sirrlərini burada öyrənmişəm və məhz, bu qış “İnter”dən “Sumqayıt”a keçmişəm”.
Sizə həmin qolun görüntüsünü təqdim edirik:
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…