Ölkə futbolu
Elxan Məmmədovun Paris səfəri
Bu gündən etibarən Fransanın paytaxtı Parisdə UEFA-nın İda…
Bu gündən etibarən Fransanın paytaxtı Parisdə UEFA-nın İdarəetmə və Audit Komitəsinin iclası keçiriləcək. Futbolinfo.az xəbər verir ki, AFFA-nın baş katibi, həmçinin sözügedən komitənin üzvü Elxan Məmmədov iclasda iştirak edəcək.
AÇ-2016-nın təşkilati məsələlərinin auditi ilə bağlı müzakirələrin aparılacağı iclas öz işini fevralın 3-də yekunlaşdıracaq.
Xatırladaq ki, İdarəetmə və Audit Komitəsinin digər üzvləri Avstriya və Finlandiya futbol federasiyalarını təmsil edir.